Niaqara şəlaləsi də dondu - VİDEO

23 Yanvar 2019 10:56

Son günlər Kanada və ABŞ-ın şimal rayonlarında qeydə alınan güclü şaxta nəticəsində Niaqara şəlaləsi qismən donub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yerli sakinlər bu təbiət möcüzəsinin şəkillərini sosial şəbəkələrdə paylaşıblar.

Ötən həftənin sonundan Kanadanın şərq, mərkəzi və arktik rayonlarında 30-40, bəzi yerlərdə isə 55 dərəcə şaxta qeydə alınıb.

Xatırladaq ki, 2018-ci ilin əvvəlində də Niaqara şəlaləsi qismən donmuşdu.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ниагарский водопад замерз из-за сильных холодов

Niaqara şəlaləsi də dondu