Mürdəşir ölüylə selfi çəkdi, sosial şəbəkədə yaydı - FOTO

23 Yanvar 2019 09:30

Ölüylə selfi çəkən mürdəşirlə bağlı araşdırma aparılır.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İraqın Nəcəf şəhərində ölüyuyan ölüylə selfi çəkib, sosial şəbəkədə paylaşıb.

Foto sosial şəbəkə istifadəçiləri arasında etiraz doğurub. Selfi çəkən şəxsin adının Əli Əmyə olduğu dəqiqləşib.

Onun işinə son veriləcək.

Fuad
Milli.Az