Bakıda bazarda yanğın - YENİLƏNİB

23 Yanvar 2019 09:10

09:10

Bakıda taxta bazarında baş verən yanğın söndürülüb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 07:15-də söndürülüb.

Taxta bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb. Yanğın saat 03:48-də məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanında yanğınsöndürmə işləri aparıb.

----------
07:37

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan ilkin məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb.

Yanğın saat 03:48-də məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Milli.Az