"Uşağımı reklam etmərəm" deyib 4 milyonu rədd etdi - FOTO

22 Yanvar 2019 21:54

Fahriye Evcen-Burak Özçivit cütlüyü aprel ayında uşaqlarını qucaqlarına alacaqlar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, indidən Fahriyeyə çoxlu reklam təklifləri gəlir. Hamilə olduqdan sonra gözlərdən uzaq, sakit bir yaşam tərzi seçən Fahriye gələn serial və reklam təkliflərini rədd edir.

O, "Belə vaxtda övladımı reklam kimi istifadə etmərəm. Hamiləlik vaxtı və övladım dünyaya gəldikdən bir müddət sonra  işləməyəcəm" deyərəm son gələn 4 milyon lirəlik təklifdən də imtina edib.

Milli.Az