Antarktikada su ayısı tapıldı

24 Yanvar 2019 21:50

Çətin mühitlərə dayanıqlığı ilə tanınan bir su ayısı, Antarktikada edilən qazma işləri əsnasında tapıldı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  elm insanları Şimal Qütbündə olan bir yeraltı gölündə qazma işləri apararkən ölü su ayısı qalığı tapdı. Araşdırmaya qatılan mikro-paleontoloq (micro-palaeontologists) Devid Harvud, bu kəşfi tamamilə gözlənilməz adlandırır.

Elm insanlarının Antarktikadakı buzaltı göllərdə həyat izləri tapmaları olduqca nadir bir hadisədir. Antarktikada buzaltındakı həyat qalığı ən son 2013-cü ildə tapılmışdı. Hadqson gölündə yerin 92 metr altında 20 bakteriya tapılmışdı.

Bu an üçün, su ayısının Antarktikada yaşadığı, yoxsa yaxındakı vadilərdənmi oralara süründürüldüyü sualı qəti cavab tapmamışdır. Elm insanları heyvanın DNT-sini araşdırdıqdan sonra necə bir mühitdə yaşamış olduğunu öyrənə biləcək.

Lakin, bu heyvan yerin altında yaşayırsa, bunun təsirləri olduqca böyük olar. Bir çox istiqamətdən Antarktik ətraflar, Mars kimi planetlərin arxa bağçasına bənzərdir. Əgər bu heyvanın Antarktikada yaşadığı dəqiqləşsə, elm insanlarının Marsda da bir gün həyat olacağına dair inancları olduqca güclənəcək.

Milli.Az