Moda "imperatriçası" adətinə xilaf çıxdı - FOTO

21 Yanvar 2019 12:34

"Moda imperatriçası" kimi tanınan Anna Vintur Avstraliyanın Melburn şəhərində keçirilən "Australian Open" tennis turnirinin tamaşaçıları arasındadır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Vogue US" jurnalına 1988-ci ildən rəhbərlik edən 69 yaşlı Anna Vintur moda dünyasının ən nüfuzlu xanımı sayılır.

O, Melburndakı kortda olarkən gün eynəyi taxmamışdı. Halbuki A.Vintur bütün tədbirlərə eynəkli qatılırdı.

Milli.Az