Sosial şəbəkələrdə yayılan foto geniş müzakirələrə səbəb olub.
Milli.Az bildirir ki, xarici facebook səhifələrinin birində yayılan foto son günlər sosial şəbəkələrdə trend olan #10yearschallenge ilə bağlıdır.
Fotoda dünya xəritəsinin Afrika, Asiya ölkələrinin bir qismi olan hissəsi və Avropa qitəsi, eləcə də 1018-2018-ci illər arasında fərq əks olunub.
Şəkilə görə 1018-ci ildə xristianların başı dini məsələlərə qarışıb, Asiya ölkələrində isə elm inkişaf edir. 2018-ci ildə isə, əksinə, Avropa ölkələri inkişaf edib, Asiya ölkələrinin başı dini məsələlərə qarışıb.
Afrika ölkələri üçün isə həm 1018, həm də 2018-ci ildə vəziyyət eyni olaraq qalıb.
Şəkildə Azərbaycanın çox hissəsi dini məsələlərlə məşğul olan ölkələr kimi qeyd olunub, az hissəsi isə inkişaf edənlər tərəfdədir.
Bəxtiyar Umarlı
Milli.Az