Nanə mürəbbəsi NECƏ HAZIRLANIR?

20 Yanvar 2019 21:05

Nanənin faydalarını nə qədər sadalasaq azdır. Bəs mürəbbəsini dadmısınız?

Milli.Az gencaile.az-a istinadən dadlı və faydalı nanə mürəbbəsinin reseptini təqdim edir.

250 qram nanə yarpaqlarına 1 kq şəkər tozu, 2 ədəd limon və yarım litr su istifadə olunacaq.

Yarpaqları təmizləyib yuduqdan sonra qurudun. Sonra xırda doğrayın. Limonu da qabıqları ilə birgə doğrayın. Üzərinə su əlavə edib 10 dəqiqə qaynadın. Sonra 1 sutka ərzində gözlədin. Ərzaqları sıxıb üzərinə su və şəkər tozu səpib hazır olanadək qaynadın. Bankalara töküb bağlayın.

Milli.Az