Arda Turan arvadına 2 milyonluq CİP bağışladı

18 Yanvar 2019 14:15

Arda Turan yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, karyerasının erkən qürubunu yaşayan futbolçu bu dəfə də "sarı mətbuat"ın gündəminə düşüb.

Futbolçu həyat yoldaşı Aslıhan Doğana hədiyyə etdiyi "Mercedes G-500" markalı CİP-lə kameraların obyektinə tuş gəlib. Onlar birlikdə qatıldıqları ziyafətdən həmin avtomonillə ayrılıblar. CİP-in qiyməti 2 milyon Türkiyə lirəsi qiymətləndirilir.

Qeyd edək ki, bir müddət əvvəl oğlu dünyaya gələn Arda bu avtomobili həmin hadisənin şərəfinə Aslıhana hədiyyə edib. Türkiyə mətbuatı Ardanın oğlu üçün 41 qoç kəsdirdiyini də yazmışdı.

Milli.Az