Bu ilin sonunadək Azərbaycan alimlərinin ikinci qurultayı keçiriləcək

17 Yanvar 2019 18:09

Azərbaycan alimlərinin ikinci qurultayının bu ilin sonunda keçirilməsi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında söyləyib.

A.Əlizadə bildirib ki, Azərbaycan elminin bugünkü innovativ vəziyyətinin müzakirəsinə həsr olunacaq qurultayda innovativ elmin inkişafı məsələlərindən, yəni elmin təsərrüfata, iqtisadiyyata verdiyi töhfələr və imkanlardan danışılacaq. Bunun üçün ölkənin bütün elmi qurum və müəssisələri bu mühüm tədbirdə fəal iştirak edəcək.

Akademik A.Əlizadə artıq qurultaya hazırlıqla bağlı AMEA tərəfindən müəyyən işlərə başlanıldığını qeyd edib.

Xatırladaq ki, Azərbaycan alimlərinin birinci qurultayı 2014-cü ilin dekabrında keçirilib.

Milli.Az