YouTube təhlükəli challenge və prank videoların yüklənməsini qadağan edir

19 Yanvar 2019 07:31

Viral yayılan challenge videoları maraqlı görünsə də eyni zamanda təhlükəli olurlar. Məsələn keçən ilki Tide Pod Challenge adlı flashmob çərçivəsində gənclər ilk baxışdan yemək üçün diqqət çəkən paltaryuma vasitəsi kapsullarını yeyirdilər. 2019-cu ilin əvvəlində isə son zamanlar məşhurlaşmış Bird Box filmi üzrə challenge videoları yayılmağa başladı. Bu isə öz növbəsində insanların həyatlarının təhlükə altına atılmasına gətirib çıxardı.

Milli.Az technote.az-a istinadən bildirir ki, ABŞ-ın Yuta ştatında 17 yaşlı qız Bird Box Challenge flashmobu çərçivəsində gözləri bağlı şəkildə avtomobil sükanı arxasına oturdu və avtomobili idarə etməyə başladı. Nəticədə qızın idarə etdiyi avtomobil qarşıdan gələn avtomobillərin xəttinə çıxaraq bir avtomobil ilə toqquşdu və daha sonra yoldakı dirəyə dəydi. YouTube administrasiyası isə bu cür aksiyaları dəstəkləmir və öz videoservisində bu cür təhlükəli kontentlərin yayılmasını qadağan edir. Bu barədə Gagadget.ru saytı xəbər verib.

Beləliklə videoservisin yenilənmiş qaydalarına əsasən videoservisin istifadəçiləri özlərinin və ya digərlərinin həyatlarını təhlükə altına atacaq ciddi tapşırıqların yerinə yetirlməsi videolarını videoservisə yükləyə bilməyəcəklər. Bura həmçinin Kiki Challenge adlı flashmob da daxildir. Qeyd etmək lazımdır ki, bu flashmob çərçivəsində insanlar hərəkətdə olan avtomobildən enərək müğənni Drake-in In My Feelings mahnısının sədaları altında rəqs etməyə başlayırlar.

Hətta öncədən qurma videolarda da insanlar bəzən öz həyatlarını təhlükə altına atmağı bacarırlar. Riskli challenge videolardan əlavə olaraq YouTube həmçinin uşaq auditoriyasını şoka sala biləcək prunk videoların yayılmasını da qadağan edib. Videoservisdə həmçinin o zarafat xarakterli videolar bloklanacaq hansılarda ki, zarafatların qurbanları olmuş insanlar öz həyatlarının təhlükə altına atılmalarından əmindirlər. Belə ki, kiminsə evinə daxil olmaq və ya qanqster filmlərdəki kimi avtomobildən silah ilə atəş açmaq zarafatlarını heç də hamı müsbət qarşılamır.

Milli.Az