Bədənindən 3 litr piy çıxarılan Xatirə əməliyyatdan sonra - FOTO

17 Yanvar 2019 12:51

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam ötən gün artıq çəkidən xilas olmaq üçün bıçaq altına yatıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı şəhər klinikalarından birində əməliyyat etdirib. Bildirilib ki, pasientdən 3 litrə qədər piy çəkilib.
Xatirənin əməliyyatdan sonrakı halının fotosunu isə həmkarı Nicat Məhərrəmov paylaşıb. O, X.İslamla şəklini yayımlayaraq bu sözləri yazıb:

"8 saatlıq əməliyyatdan sonra artıq hər şey yolundadır. Xatirə xanım yaxşıdır. Alla şəfa versin".

Qeyd edək ki, Xatirə qarın, qol və buxaq hissəsində olan piyləri çəkdirib.

Milli.Az