Qırğızıstan müxalifəti rus dilinin rəsmi statusunun ləğvini təklif edib.
Milli.Az Kult.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstanın eks-prokuroru Əzimbəy Bəynəzərov deyib.
"Rus dili bizə lazımdır. Rus dili beynəlxalq əlaqə dili, qırğız dili isə dövlət dili olmalıdır", - deyə o bildirib.
Qeyd edək ki, rus dilinə Qırğızıstanda rəsmi status 2000-ci illərin əvvəllərində verilib.
Milli.Az