Həmid Kərzai terrorçunu azad edib
7 Aprel 2010 14:57
BBC-nin məlumatına görə, prezidentin qərarı ilə 2004-cü ildə həbs olunmuş Seyid Əkbər Ağa artıq azadlıqdadır. Qeyd edək ki, o, 2004-cü ildə BMT-nin Əfqanıstandakı missiyasının 3 əməkdaşına sui-qəsdə görə həbs olunmuşdu. Deyilənə görə, ondan Kabili tərk etməmək haqda iltizam alınıb.
Xatırladaq ki, bu günlərdə Kərzainin sensasion bəyanat verdiyinə dair də məlumat yayılıb. Mətbuatın yazdığına görə, Əfqanıstan prezidenti Qərbin ona təzyiqləri dayandırmayacağı təqdirdə, "Taliban"ın tərəfinə keçə biləcəyini söyləyib.
Milli.Az