"Başakşəhər"in çempion olmasını ürəkdən istəyirəm" - Rəşad Sadıqov

15 Yanvar 2019 16:55

"Bizi çətin çempionat gözləyir. Əsas rəqibimiz bizdən 3 xal öndədir. Fasilədən sonra ilk oyunumuz onlarla olacaq. Yenə çempion olmaq istəyirik, sona qədər mübarizə aparacağıq. Amma necə olacağını Allah bilir".

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.

Türkiyənin "Kayserispor", "Kocaelispor" və "Eskişəhərspor" klublarının formasını geyinmiş 36 yaşlı müdafiəçi bu mövsüm Super Liqada "Başakşəhər"in çempion olmasını istəyir:

"Bu mövsüm "Başakşəhər"in çempion olmasını çox istərdim. Çünki bu, Abdullah Avcının bunu haqqıdır. Komanda olaraq da buna layiqdirlər. Onların çempion olmasını ürəkdən istəyirəm".

Milli.Az