Bakı Metropoliteni işçi axtarır

15 Yanvar 2019 14:42

"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti maşinist peşəsi üzrə namizədlərin işə qəbulunu elan edir.

"Bakı Metropoliteni" QSC-dən Milli.Az-a verilən məlumata görə, qurum hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir.

Seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir:

• yaşı 24-30 arasında olan;

• ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;

• kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə),eləcə də qadınlar iştirak edə bilərlər.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

İddiaçılar "Bakı Metropoliteni" QSC-nin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq"bölməsinə daxil olaraq, "Bizdə iş" yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi "maşinist" göstərilməlidir.

Elektron ərizələr 15 fevral 2019-cu il tarixinə qədər qəbul edilir.

Yusif Nəsirli
Milli.Az