Şvarseneqqerin qızı ərə gedir

14 Yanvar 2019 17:04

39 yaşlı Kris Prett və 29 yaşlı Ketrin Şvarseneqqer nişanlanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Prett məşhur aktyor Arnold Şvarseneqqerin qızına evlilik təklifi edib. 

"Əziz Ketrin, mənə "hə" dediyin üçün çox xoşbəxtəm. Səninlə ailə quracağım üçün çox həyəcanlıyam" deyə, Kris paylaşımında qeyd edib. 

Ketrin ilk dəfə nikah masasına otursa da, prett ailəli olub və Cek adlı oğlu var. Aktrisa ilə ailəli olan Kris 8 il evli qalıb. 

Milli.Az