Moskvada ticarət mərkəzində kütləvi təxliyyə - Partlayış təhdidi

14 Yanvar 2019 15:18

Moskvanın mərkəzində yerləşən "Oxotnıy ryad" ticarət mərkəzindən yüzlərlə insan təxliyyə olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, binanın təcili şəkildə boşaldılmasına səbəb daxil olan partlayış təhdidi olub.

"Naməlum şəxs polisə zəng vuraraq, "Oxotnıy Ryad" ticarət mərkəzində partlayış təhlükəsi ilə bağlı xəbər verib. Məlumatın daxil olmasından sonra 500-ə yaxın insan - işçilər və müştərilər təxliyyə olunub.

Hadisə yerinə çox polis, təcili yardım və yanğınsöndürən dəstələr göndərilib. Daha əvvəl Şermetyev, Domodedov və Vnukov aeroportlarında partlayıcının quraşdırılması ilə bağlı anomin zənglər daxil olmuşdu.

Milli.Az