Yumurta “Instagram” rekordçusu oldu - FOTO

14 Yanvar 2019 16:50

Toyuq yumurtasının ağ fonda olan fotoşəkli "Instagram" sosial şəbəkəsində rekord sayda "bəyənmə" toplayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu haqda "BuzzFeed" məlumat yayıb.

10 gün ərzində fotoşəkil 25 milyon dəfədən çox bəyənilərək, populyarlığına görə Kayli Cennerin yeni doğulmuş körpə qızının şəklini üstələyib.

"Gəlin, birlikdə yeni dünya rekordu qıraq və "Instagram"ın ən çox bəyənilən postunu yaradaq. Birlikdə Kayli Cennerin rekordunu (18 milyon) əlindən alaq", - deyə world_record_egg profilinin sahibi yanvarın 4-də çağırış edib.

Milli.Az