Xırdalanda bacanağını namus üstündə öldürən şəxs: Qızıma sataşmışdı

14 Yanvar 2019 15:29

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ş.Qasımov özünü təqsirli bilib.

O, sərbəst ifadəsində bacanağını namus üstündə öldürdüyünü qeyd edib.

Ş.Qasımovun sözlərinə görə, qızı ailə həyatı qursa da, sonradan boşanıb və ata evində qalıb: "Bir gün bacanağım Müşfiq Abbasov bizə gəldi. O, yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə də onu bıçaqladım".

O, əməlindən peşman olmadığını söyləyib.

Ş.Qasımov bacanağı M.Abbasovun hərəkətlərindən xəbərsiz olduğunu deyib: "Müşfiq qızıma pulla cinsi əlaqəyə girməyi təklif edib. Belə qeyrətsiz adamı yaxşı ki, öldürdüm".

Məhkəmənin növbəti iclası yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə Xırdalan şəhərində baş verib. Ş.Qasımov aralarında yaranan münaqişə zəminində bacanağı Müşfiq Abbasovu bıçaqlayıb. Bir müddət sonra yaralı dünyasını dəyişib. 

Milli.Az