"Şəbnəm Tovuzlu ilə duet oxumarıq" - Əkizlər

14 Yanvar 2019 16:05

Müğənnilər Sevil və Sevinc Səfərovalar "Söhbət var" verilişində qonaq olublar. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqramın aparıcısı, əməkdar artist Dilarə Əliyeva əkizlərə "Şəbnəm Tovuzlu ilə duet oxuyarsınız" sualını ünvanlayıb. Bacılar "Yox, bizim janrımız fərqlidir" cavabını verib. 

Dilarə isə "Belə baxanda, Namiq Qaraçuxurlu ilə də janrınız fərqlidir. Sintez edirsiniz, maraqlı alınır" deyib. 

"Qızla qızın dueti maraqlı alınmır. Elə bir duet olmalıdır ki, deyəsən hə" - cavabını veriblər. 

"Mədəni formada dedilər ki, oxumarıq", - deyən D.Əliyevaya bacılar gülərək reaksiya veriblər. 

Milli.Az