Polis küçədəki uşaqlara satdıqları gülləri yedizdirdi - VİDEO

14 Yanvar 2019 14:39

Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, görüntülərdə polisin gül satan uşaqlara satdıqları güllərin ləçəklərini və qoyulduğu paketi yedizdirməsi əks olunub.

İranın Kirman şəhərində çəkilən kadrlar etiraza səbəb olub. Sosial şəbəkə istifadəçiləri həmin polisi bu əməlinə görə qınayıb, təhqir ediblər.

Məsələ ilə bağlı nazirlik açıqlama yayıb, olaya müdaxilə olunacağı bildirilib.

Fuad
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Polis küçədəki uşaqlara satdıqları gülləri yedizdirdi