Britaniyada MDB ölkələrindən gələn çirkli pulların yuyulmasına qarşı xüsusi qrup yaradılacaq

14 Yanvar 2019 14:12

Böyük Britaniyada fırıldaqçılıq, korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə xüsusi qrup yaradılacaq.

Milli.Az bildirir ki, bu barədə report "Deutsche Welle"yə istinadən xəbər verir.

Qrupa maliyyə naziri Filip Hammond və daxili işlər naziri Sacid Cavid rəhbərlik edəcək. "Santander", "Lloyds" və "Barclays" banklarının nümayəndələri isə qrupun tərkibində yer alacaq.

S.Cavidin sözlərinə görə, rəsmi London korrupsiyaya qurşanmış fırıldaqçılara qarşı bütün cəbhələrdə addımlar atmaq niyyətindədir.

Yeni antikorrupsiyaya strukturu əsasən, Rusiyadan, MDB ölkələrindən, Nigeriyadan və Asiya ölkələrindən gələn pul vəsaitlərinə diqqət yetirəcək.

Britaniya Maliyyə Nazirliyinin hesablamalarına görə, ölkədə hər il ümumi dəyəri 14,4 milyard funt sterlinqə bərabər olan iqtisadi cinayətlər törədilir.

Milli.Az