Ramil Şeydayev BƏƏ-yə yollandı

14 Yanvar 2019 14:07

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" təlim-məşq toplanışı üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, baş məqçi Miodraq Bojoviç yanvarın 27-dək davam edəcək hazırlıq üçün BƏƏ-yə 26 oyunçu aparıb. Onların arasında Şeydayev, həmçinin yenicə transfer edilən Azərbaycan əsilli yarımmüdafiəçi Aleksandr Səmədov da var.

Qeyd edək ki, Samara təmsilçisi hazırlıq müddətində Slovakiyanın "Jilina" (22 yanvar) və Latviyanın "Riqa" (26 yanvar) klubları ilə qarşılaşacaq. 

Milli.Az