"Zirə" "Vorskla" ilə qarşılaşacaq

14 Yanvar 2019 13:31

Antalyada təlim-məşq toplanışında olan "Zirə"nin yoxlama görüşü keçirəcəyi daha 2 rəqibin adı bilinib. 

Milli.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Samir Abasovun komandası yanvarın 23-də Ukraynanın "Vorskla", 26-da isə Makedoniyanın "Şkupi" komandaları ilə qarşılaşacaq. 

Bundan başqa, ayın 18-də "Zirə"nin rəqibi olmalı olan Rumıniya "Konkordiya"sının təlim-məşq toplanışını təxirə salması səbəbindən həmin gün rəqib bu ölkənin "Voluntari" komandası olacaq. 

Qeyd edək ki, "Zirə" Antalyada ilk oyununa sabah çıxacaq. Komanda Qazaxıstanın "Taraz" klubu ilə qarşılaşacaq. 

Milli.Az