Benzemanın barmağı qırıldı - "Real"da 7 zədəli

14 Yanvar 2019 12:23

İspaniya La Lqiasının 19-cu turunda "Betis"lə oyunun ilk hissəsində zədələnərək meydanı tərk edən "Real"ın futbolçusu Kərim Benzemanın durumu məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı hücumçunun əl barmağı qırılıb. Onun  hansı müddətə sağalacağı hələlik bəlli deyil.

Qeyd edək ki, bu, Madrid klubunda zədələnən 7-ci futbolçudur. Hazırda Tibo Kurtua, Marko Asensio, Qaret Beyl, Toni Kross, Xavyer Sançes və Mariano Dias da zədədən əziyyət çəkir.

Milli.Az