Bəziləri yenidən neftə ümid bəsləyirlər - Qiymətlər necə dəyişəcək?

14 Yanvar 2019 12:18

Dünya bazarlarında "Brent" markalı neftin bir barelinin yanvarın ilk 10 günündə 60 dollardan baha satılması biznes dairələrində enerjinin qiymətlərinin daha da artacağına inam yaratsa da, Kanadada neft quyularının sayının artması ilə bağlı açıqlama yenidən qiymətin azalmasına səbəb oldu. Neft bazarındakı tendensiya göstərir ki, OPEK-in cəhdlərinə baxmayaraq hələlik yüksək qiymətlər real deyil.

Neftin qiyməti ilə bağlı bədbin gözləntilər var

 Milli.Az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Ekspert hesab edir ki, ümumiyyətlə, bu il neftin qiymətinin yüksək olması gözlənilmir: "Neftin qiyməti azalanda Şimali Amerikada şist neft hasil edən quyuların sayı azalsa da, qiymətin 60 dolları keçməsi yenidən sözügedən istehsalı rentabelli edir və bu da yenidən təklifi artıraraq qiyməti azaldır. Digər tərəfdən də, 2019-ci il üçün qlobal iqtisadiyyat üçün proqnozlar nikbin deyil. Bu isə o deməkdir ki, xüsusi fors-major halları baş verməzsə, bu il neftin qiyməti yüksək olmayacaq".

İlkin İzzət
Milli.Az