“Bir aydan sonra asfalt çökdü…” - FOTO

14 Yanvar 2019 11:15

Bakı-Xocahəsən yolunun 2-ci kilometrliyində 3 kvadrat metr ərazidə asfaltın çökməsi sürücülərin hərəkətinə ciddi mane yaradır.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya müraciət edən Xocahəsən sakini Elmar İbrahimov bildirib ki,  sözügedən yol  qlobal magistral yoldur. Bütün yük maşınları Bakı şəhərinə bu yoldan daxil olur. Həmin ərazidə 3 ay əvvəl bir obyektə asfaltın altında turba çəkdilər. 1 aydan sonra çəkilən turbanın üstündəki asfalt çökdü. Bu sürücüləri narahat edir, sözügedən yolda dəfələrlə qəzalar olub. Üç kvadrat metr yerə asfalt vurmağa imkan yoxdurmu?"

Qafqazinfo məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə müraciət edib.

O bildirib ki, sözügedən yoldakı problem aradan qaldırılacaq: "Ümumiyyətlə, bu ilin sonuna qədər Xocahəsən-Lökbatan yolunun 12 km uzunluğunda əsaslı təmir aparılacaq. Eyni zamanda, bizim qurumun balansında olan Xocahəsən qəsəbəsinin küçələrində 4 km məsafədə yol salınacaq. Bu işlərin də may ayına kimi başa çatması gözlənilir".

Milli.Az