"Apple" 3 kameralı "iPhone" buraxacaq

14 Yanvar 2019 08:59

"Apple" şirkəti 2019-cu ilin payızında üç yeni "iPhone" buraxmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, buraxılan smartfonlardan ən bahalısı arxan panelində üç kamera ilə təchiz olunacaq. Digər iki smartfona isə iki kamera quraşdırılacaq.

Həmçinin buraxılması planlaşdırılan telefonlardan ikisi OLED, biri isə LCD ekranı ilə təchiz olunacaq.

Milli.Az