Rusiyada yaşayış evində partlayış: 1 ölü, 8 yaralı - YENİLƏNİB

14 Yanvar 2019 09:42

09:42

Rusiyanın Rostov vilayətində yaşayış evi qaz partlayışından dağılıb. 

Milli.Az modern.az-a istinadən xəbər verir ki, hadisə Şaxtı şəhərində 9 mərtəbəli binada baş verib. Səkkiz və doqquzuncu mərtəbələr arasında arakəsmələr dağılıb.

Hadisə yerində müvafiq qurumlar işləyir. 

Son məlumata görə, partlayış nəticəsində 1 qadın ölüb, dağıntılar altında 3 nəfərin qaldığı bildirilir. Hadisə nəticəsində 8 nəfər yaralanıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib.

----------
08:52

Rusiyanın Rostov vilayətində məişət qazının partlaması nəticəsində 5 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Şaxtı şəhərində 9 mərtəbəli binada baş verib. Səkkiz və doqquzuncu mərtəbələr arasında arakəsmələr dağılıb.

Hadisə yerində müvafiq qurumlar işləyir. Partlayışın səbəbləri araşdırılır.

Milli.Az