Torontoda atışma: yaralanan var

14 Yanvar 2019 08:19

Kanadanın Toronto şəhərinin mərkəzində atışma baş verib.

Trend-in CTV-yə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində bir nəfər yaralanıb. Hadisə yerli vaxtla 16:40-da baş verib. Polis hadisə yerində ağır yaralanan kişini aşkar edib. O, xəstəxanaya yerləşdirilib.

Hal-hazırda polis hadisə şahidlərinin dindirir. İlin məlumatlara əsasən, atəş açan tək olmayıb.

Milli.Az