Tanınmış müğənni hava limanında qalmaqala səbəb oldu

14 Yanvar 2019 08:07

Rusiyanın tanınmış müğənnisi Svetlana Loboda Şeremetyevo hava limanında qalmaqala səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, hava limanına enən sənətçini heç kim qarşılamayıb və bu, onun xoşuna gəlməyib.

Pasport yoxlanışından təkbaşına keçən Loboda VİP-zala piyada getməli olub. O, hava limanı işçisi ilə söhbəti zamanı "Məndən üzr istəmək lazım deyil, mənə işinizdə peşəkarlıq lazımdır" dedi.

Milli.Az