Meksikada yanacaq oğrularının izlənilməsi, onlardan birinin öldürülməsi ilə nəticələndi

14 Yanvar 2019 07:41

Meksikada yanacaq oğrularının izlənilməsi atışma ilə yekunlaşıb, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə İdalgo ştatının Tula bələdiyyəsində baş verib. Ölən şəxs oğruluqda şübhəli bilinənlərdən biri olub.

Oğruları hərbçilər izləyib. Hərbçilərə açılan atəş cavab atəş ilə susdurulub və nəticədə bir nəfər öldürülüb, bir nəfər isə yaralanıb.

Daha sonra isə Santa-Ana qəsəbəsinin sakinləri yolu kəsərək, hərbçiləri tutublar. Bir müddət sonra hərbçilər buraxılb. Hal-hazırda qəsəbədə vəziyyətə ordu nəzarət edir.

Milli.Az