Soyuqdan donaraq ölmüş kişi meyiti tapılıb

14 Yanvar 2019 07:14

Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində yol kənarından meyit tapılıb.

Milli.Az report-a istinadən bildirir ki, araşdırmalar nəticəsində onun həmin kəndin sakini Məmmədov Çingiz Məmməd oğluna aid olması müəyyən edilib.

İlkin məlumata görə, Ç.Məmmədov həddindən artıq spirtli içki qəbul etdikdən sonra, yıxılaraq yol kənarındakı arxda yatıb və şaxtalı havada soyuq onun ölümünə səbəb olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az