"Mançester Yunayted" futbol klubu İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində səfər oyununda "Tottenhem" komandasına qalib gəlib.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Uembli" stadionnunda keçirilən oyunda cəmi bir qol vurulub. Qolu 44-cü dəqiqədə "qırmızı şeytanlar"ın hücumçusu Markus Reşford vurub.
Beləliklə, 22 oyundan sonra "Tottenhem" 48 xalla 3-cü, "Mançester Yunayted" isə 41 xalla 6-cı pillədə qərarlaşıblar.
Milli.Az