Netanyahu: "İsrail İranın Suriyadakı hədəflərinə zərbələri artırmağa hazırdır"

13 Yanvar 2019 21:40

İsrail İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaq üçün Tehranın qonşu ərəb ölkəsindəki obyektlərinə hücumları artırmağa hazırdır.

Milli.Az report-a istinadən bildirir ki, bunu bazar günü yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu deyib.

"İsrail [şənbə gününə keçən gecə] Dəməşq beynəlxalq aeroportunda İranın silah anbarına zərbə endirib, bu, bizim İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaqda qərarlı olduğumuzu əks etdirir. Lazım gələrsə, biz bu cür hücumları intensivləşdirməyə hazırıq", - deyə dəftərxananın baş nazirə istinadən yaydığı bəyanatda bildirilir.

Daha əvvəl İsrail Qəzzada HƏMAS-ın mövqelərinə hava zərbəsi endirib.

Milli.Az