15 yaşlı piyadanı maşın vurub

13 Yanvar 2019 21:05

Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az report-a istinadən bildirir ki, rayonun Düzqırıqlı kəndi ərazisində yolu keçmək istəyən 15 yaşlı Asim Bədəlovu avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az