Küçələrdə qapıları yalayan seksual manyak peyda olub - VİDEO

13 Yanvar 2019 18:56

ABŞ-ın Kaliforniya ştatında tükürpədən hadisə baş verib. 

Milli.Az Publika-ya istinadən xəbər verir ki, hadisə Dunqan ailəsinin başına gəlib.

Belə ki, gecə saat 02 radələrində şübhəli bir şəxs ailənin evinin qapısındakı domofonu yalamaqla məşğul olub. Sonra isə həmin şəxs həyətə çıxaraq seksual xarakterli hərəkətlər etməyə başlayıb.

Silviya Dunqan hadisə müddətində əri ilə evdə olmadıqlarını, uşaqlarının isə yatdığını bildirib. Sonradan görüntüləri izləyərək şoka düşən qadın təhlükəsizlik kamerasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, hadisəni törədən 33 yaşlı şəxs Kaliforniya sakinidir. Onun məqsədi qapını qırıb içəri girmək və yaxud soyğun törətmək olmayıb. Psixoloji cəhətdən sağlam olmayan bu şəxsin etdiyi hərəkətdən zövq aldığı da videodan aydın görünür.

Müşahidə kamerasının lentə aldığı şəxsin psixoloji dispanserə göndərilməsi planlaşdırılır.

Videonu izləmək üçün şəklə klikləyin:
Küçələrdə qapıları yalayan seksual manyak peyda olub

Milli.Az