Ryan Babel İngiltərə klubuna keçir

13 Yanvar 2019 18:20

"Beşiktaş"ın yarımmüdafiəçisi Ryan Babel karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Milli.Az Goal.az-a istinadən bildirir ki, hollandiyalı futbolçu "Fulham"lə anlaşıb.

Premyer Liqa təmsilçisi 32 yaşlı futbolçuya görə İstanbul klubuna 2 milyon avro təzminat ödəyəcək. "Beşiktaş"ın yaxın saatlarda transferi rəsmən açıqlayacağı bildirilir.

Qeyd edək ki, 2 il öncə azad agent kimi "Beşiktaş"a keçən Babelin "qara qartallar"la sözləməsi bu mövsümün sonuna qədər idi.

Milli.Az