Yunanıstanın müdafiə naziri istefa verdi

13 Yanvar 2019 17:34

Yunanıstanın baş naziri Aleksis Siprasölkənin müdafiə naziri Panos Kammenosun istefa ərizəsini qəbul etdiyini bildirib.

Milli.Az Report-a istinadən xəbər verir ki, müdafiə nazirinin vəzifələrini Yunanıstanın Baş Qərargah rəisi Yevangelos Apostolakis icra edəcək.

"Panos Kammenosun istefasını qəbul etdim", - deyə "Protothema.gr" Siprasın sözlərini sitat gətirib.

Milli.Az