Neftçalada qonşular arasında bıçaqlanma

13 Yanvar 2019 17:26

Neftçalada rayon sakini qonşusu tərəfindən bıçaqlanıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndində qeydə alınıb.

1983-cü il təvəllüdlü kənd sakini Günəşov Ramil Zakir oğlu 1976-ci il təvəllüdlü qonşusu Ələkbərov Tərlan İmran oğlu tərəfindən aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. Yaralı R.Günəşov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az