Hücuma hazırlaşan 3 terrorçu öldürüldü

13 Yanvar 2019 17:22

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Zap və Sinat-Haftanin regionlarında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hava zərbələri nəticəsində 3 PKK terrorçusu məhv edilib.

Bundan əlavə, terrorçulara məxsus silah-sursat anbarları və sığınacaqlar məhv edilib.

Bildirilir ki, məhv edilən terrorçular Türkiyənin hərbi bazalarına hücumlar hazırlayırmışlar.

Milli.Az