Ev tapşırığını həll edə bilməyən uşağını öldürdü - Tükürpədici hadisə - FOTO

13 Yanvar 2019 17:10

Türkiyənin İsgəndərun vilayətinin sakini öz oğlunu xəstəxanaya çatdıraraq pilləkəndən yıxıldığını iddia edib.

Milli.Az xaricimedia.com-a istinadən xəbər verir ki, həkim müayinəsindən sonra uşağın bədənində küt alətlə zərbə izləri aşkarlanıb. Ardınca uşağın atası polis tərəfindən saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Mehmet Ali Yılmaz 2012-ci ildə ailə qurduğu və sonradan boşadığı Gülistan Özgerdən olan oğlunu döyərək ağır xəsarətlər yetirib. Dindirmə zamanı Mehmet Ali Yılmaz bildirib ki, oğlunu ev tapşırığını yerinə yetirmədiyinə görə döyüb, amma öldürmək niyyəti olmayıb. Oğlunun vəziyyətini ağır olduğunu görən ata əvvəlcə ürək masajı ilə oğlunu xilas etməyə çalışıb, amma sonradan uşağı xəstəxanaya çatdırıb. 4 gün sonra isə uşaq xəstəxanada dünyasını dəyişib.

Məlum olub ki, ata öz oğlunu süpürgənin dəmir dəstəyi ilə döyüb. Kürəyindən aldığı zərbələr uşağın daxili orqanlarını zədələyib və ölümlə nəticələnib.

Atanın ifadəsi polisləri də şoka salıb: "Dərs öyrədirdim, amma tapşırıqları düzgün yerinə yetirmirdi, onu süpürgənin dəstəyi ilə döyməyə başladım, az sonra yerə yıxıldı, qorxdum, ürək masajı etdim, amma özünə gəlmədi. Sonra xəstəxanaya apardım".

Milli.Az