Çin-Rusiya ittifaqı: ABŞ üçün “kabus” başlayır

13 Yanvar 2019 17:44

ABŞ üçün daha böyük təhdid Rusiya və Çin əməkdaşlığının güclənməsidir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə ABŞ-ın Milli Maraqlar Mərkəzi çıxış edib.

Mərkəzin iddiasına görə, bu ittifaq ABŞ üçün əsl kabusa çevrilə bilər.

Məqalədə Vaşinqtonun Moskva və Pekinin sıx əməkdaşlığını dəyərləndirməməklə kobud səhvə yol verdiyi vurğulanıb:

"ABŞ soyuq müharibədən sonra yaranan əlverişli mövqeni əldən verib. Soyuq müharibə dövründə ABŞ-ın SSRİ və Çin ilə ayrı-ayrılıqda münasibəti Moskva və Pekin arasında olan münasibətdən daha yaxşı idi. Hazırda Rusiya və Çin arasında münasibətlərin yaxşı olmasına rəğmən, Pekin hələ də Moskva ilə alyansın onun Vaşinqtonla iqtisadi əməkdaşlığını güclü şəkildə zəiflədəcəyindən qorxur. Digər tərəfdən, Çin Rusiya ilə iqtisadi əməkdaşlığın dərinləşməsində maraqlıdır. Bununla belə, Pekin Moskvanı Qərbin təzyiqlərindən müdafiə üçün tədbirlər görmək niyyətində deyil. Amerikalı analitiklər uzun illər bu ölkələr arasındakı alyansa skeptik yanaşıblar. ABŞ-ın məntiqsiz addımları bu iki ölkəni sadəcə yaxınlaşdırmağa xidmət edib. Hazırda mövcud olan bu yaxınlaşmaya Vaşinqtonun necə cavab verəcəyi hələ də çətin məsələ olaraq qalır".

Milli.Az