Çexiya millisinin forvardı Türkiyə klubunda

13 Yanvar 2019 16:46

Türkiyənin "Alanyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi çexiyalı hücumçu Yosef Şuralı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2,5 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına 2008-ci ildə "Zbroyovka Brno" klubunda başlayan Şural, ölkəsində "Slovan" (Liberets) və "Sparta" (Praqa) klublarında forma geyinib. O, 2016-cı ildən çıxış etdiyi "Sparta"da indiyə qədər 67 oyuna çıxıb, 20 qol vurub.

Şural Çexiya yığmasında da 20 oyun keçirib, 1 qola imza atıb.

Milli.Az