Avstriyada qar uçqunu: 3 Almaniya vətəndaşı həlak oldu

13 Yanvar 2019 15:22

Avstriyanın Lex kəndində qar uçqunu baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qar uçqunu nəticəsində Almaniya vətəndaşı olan 3 dağ xizəkçisi həlak olub, 1-i isə itkin düşüb.

Məlumata əsasən, dağ xizəkçiləri xizək yolunun bağlı olan ərazisində olublar. Onların cəsədləri xilasedicilər tərəfindən tapılıb.

Milli.Az