YPG ilə birgə əməliyyat - Fransadan Türkiyəyə zərbə

13 Yanvar 2019 15:10

Fransa hərbi təyyarələrinin Suriyada Hajin bölgəsinin İŞİD-dən alınması üçün dekabrın 7-də əməliyyat keçirdiyi üzə çıxıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, "Centcom" Fransa Müdafiə Nazirliyinə istinadla bu barədə məlumat yayıb.

Terror təşkilatı YPG/PKK-ya havadan dəstək vermək məqsədilə keçirilən əməliyyat zamanı İŞİD-in hərbi bazaya çevirdiyi xəstəxana məhv edilib.

Fransa təyyarələrinin İŞİD-ə məxsus hədəfləri bombaladığı bildirilir.

Məlumata görə, Fransa hərbi təyyarələri həftədə 20 hərbi əməliyyat keçirir.

Milli.Az