Adnan Oktardan Ərdoğana məktub - Bir təlimatınızla...

13 Yanvar 2019 13:34

Türkiyədə ilahiyyatçı Adnan Oktar ölkə başçısı Rəcəb Tayyib Ərdoğana müraciət edib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, azyaşlı qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması və casusluqda ittiham olunan Adnan Oktar 6 aydır saxlanıldığı Ədirnə həbsxanasında məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması üçün prezidentə məktub göndərib.

O, saxlanıldığı həbsxanadakı şəraitdən narazlıq edərək dövlət başçısını təcili müdaxilə etməyə səsləyib.

"Hər şey cənab prezidentin bir təlimatından asılıdır. Ölkə başçısından şəfqətli diqqətini həbsxanadakı məzlum vətəndaşlardan əsirgəməməsini xahiş edirik", - deyə ilahiyyatçı vurğulayıb.

Milli.Az