2500 yaşı olan tapıntı: mayalıların hamamı belə olub - FOTO

13 Yanvar 2019 12:40

Polşalı arxeloqlar Qvatemala ərazisində yerləşən və Maya svilizasiyası tərəfindən inşa edilən Nakuma şəhərinin xarabalıqlarında 2500 il bundan əvvələ aid hamam aşkar ediblər, Teleqraf.com xəbər verir. 

Milli.Az bildirir ki, arxeloqlar əvvəlcə tikilinin hamam olduğunu başa düşməyiblər. Onlar məzarlıq aşkar etdiklərini düşünüblər. Qazıntıları davam etdirdikdən sonra isə tapıntının hamam olduğu dəqiqləşib.

Alimlər hesab edir ki, hamamdan Nakum öz inkişafının zirvəsində olduğu dövlərdə - bizim eradan əvvəl 700-300-cü illərdə istifadə olunub. Onların fikrincə, hamam yalnız gigiyenik məqsədlər deyil, həm də bir sıra rituallar üçün istifadə edilib. Belə ki, qədim mayalılar hamama gələn hamilə qadının doğuşu yüngül keçirdiyini hesab ediblər. Həm də Maya mifologiyasında mağaralarla yanaşı, hamamlar da allahların və ilk insanların yarandığı yer hesab olunur. Buxar hamamları Allah və əcdadların məskunlaşdığı yeraltı dünyaya giriş sayılırdı. Bəzi miflər isə mağara və hamamları məhsuldarlıq və bərəkətlə əlaqələndirirlər.

Milli.Az