ABŞ-da Rusiyanın "yeni müharibə üsulu" öyrənilir

13 Yanvar 2019 13:28

ABŞ-ın ən qədim təhsil müəssisələrindən olan Corctaun Universitetində "Rus hibrid müharibəsi" adlı yeni kurs açılacaq, Axar.az məlumat verir. 

Milli.Az bildirir ki, bu barədə universitetin rəsmi səhifəsində qeyd edilib.

"ABŞ-da 2016-ci ildə keçirilən seçkilərdən sonra Kremlin yeni müharibə üsulu, həmçinin, cəmiyyətimizin və vətəndaşlarımızın necə hədəf olması haqqında daha çox məlumat əldə edildi.

Kursda verilən təhsildə Rusiya doktrinasına və ideolgiyasına da toxunulacaq. Dərslər zamanı məsələ ilə bağlı nümunələr araşdırılacaq, taktika və informasiya əməliyyatları da müzakirə ediləcək", - rəsmi səhifədə vurğulanıb.

Milli.Az